Al-Isra surəsi, ayə 23

17:23

۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا ٢٣

Waqadā rabbuka allā ta'budū illā iyyāhu wabil-wālidayni ihsānan immā yablughanna 'indakal-kibara ahaduhumā aw kilāhumā falā taqul lahumā uffin walā tanharhumā waqul lahumā qawlan karīmā

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Təfsir

Ey İnsan! Rəbbin yalnız Ona iba­dət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı dav­ran­­mağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qış­qır­ıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!