وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا ١٢
Waja'alnal-layla wan-nahāra āyatayni famahawnā āyatal-layli waja'alnā āyatan-nahāri mubsiratal litabtaghū fadlam mir rabbikum walita'lamū 'adadas-sinīna wal-hisāba wakulla shay'in fassalnāhu tafsīlā
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.
Təfsir
Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz illərin, ayların, günlərin və saatların sayını və hesabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təfsilatı ilə izah etdik.