Al-Isra surəsi, ayə 11

17:11

وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولٗا ١١

Wayad'ul-insānu bish-sharri du'ā'ahū bil-khayri wakānal-insānu 'ajūlā

İnsan (özünə) xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.

Təfsir

İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İn­san tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsən­dir.