وَإِذۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيۡتُكُم مِّن كِتَٰبٖ وَحِكۡمَةٖ ثُمَّ جَآءَكُمۡ رَسُولٞ مُّصَدِّقٞ لِّمَا مَعَكُمۡ لَتُؤۡمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥۚ قَالَ ءَأَقۡرَرۡتُمۡ وَأَخَذۡتُمۡ عَلَىٰ ذَٰلِكُمۡ إِصۡرِيۖ قَالُوٓاْ أَقۡرَرۡنَاۚ قَالَ فَٱشۡهَدُواْ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ ٨١
Wa idh akhadhallāhu mīthāqan-nabiyyina lamā ātaytukum min kitābin wahikmatin thumma jā'akum rasūlum musaddiqul limā ma'akum latu'minunna bihī walatansurunnahū qāla a'aqrartum wa akhadhtum 'alā dhālikum isrī qālū aqrarnā qāla fashhadū wa ana ma'akum minash-shāhidīn
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.
Təfsir
Ey Peyğəmbər! Bir zaman Allah peyğəmbərlərdən möhkəm əhd alaraq onlara: "Mən nə qədər sizə kitab nazil etsəmdə, nə qədər sizə hikmət bəxş etsəm də və sizdən birinin elmi və Allah yanında dərəcəsi nə qədər çox olsa da və bundan sonra sizə Mənim tərəfimdən -Muhəmməd (sallallahu aleyhi və səlləm) - özünüzdə olan kitab və hikməti təsdiqləyən bir elçi gəldikdə, onun dininə mütləq iman gətirib, ona tabe olub və ona yardım edəcəksiniz. Siz, ey Peyğəmbərlər! Bunu iqrar etdinizmi, bu ağır əhdimi öhdənizə götürdünüzmü?"– dediyimi xatırla. Onlar: "Biz bunu iqrar etdik!"– deyə cavab vermişdilər. Bu zaman Allah da belə buyurmuşdu: "Elə isə özünüzə və öz ümmətinizə şahid olun, Mən də sizinlə bərabər sizə və onlara şahid olanlardanam".