مَا كَانَ لِبَشَرٍ أَن يُؤۡتِيَهُ ٱللَّهُ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُواْ عِبَادٗا لِّي مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُواْ رَبَّٰنِيِّـۧنَ بِمَا كُنتُمۡ تُعَلِّمُونَ ٱلۡكِتَٰبَ وَبِمَا كُنتُمۡ تَدۡرُسُونَ ٧٩
Mā kāna libasharin an yu'tiyahullāhul-kitāba wal-hukma wan-nubuwwata thumma yaqūla lin-nāsi kūnū 'ibādal lī min dūnillāhi walākin kūnū rabbāniyyina bimā kuntum tu'allimūnal-kitāba wabimā kuntum tadrusūn
Heç bir kəsin, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, (o belə) deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!”
Təfsir
Heç bir insana, Allah ona Öz tərəfindən kitab nazil etdikdən, onu elm və fəhmlə ruziləndirib və onu peyğəmbərlik üçün seçdikdən sonra insanlara: "Allaha yox, mənə qul olun!"– deməsi mümkün deyil. Əksinə, o, belə deyər: "İnsanlara nazil edilmiş kitabı öyrətdiyiniz, əzbər və ya fəhmlə öyrəndiyiniz şeyin sayəsində həm özünüz bildiyinizə əməl edən həm də ki, bildiyinizi insanlara öyrədib, onların işlərini yaxşılaşdıran və onlara gözəl tərbiyə verən alimlərdən olun!"