إِنَّ ٱلَّذِينَ يَشۡتَرُونَ بِعَهۡدِ ٱللَّهِ وَأَيۡمَٰنِهِمۡ ثَمَنٗا قَلِيلًا أُوْلَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيۡهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ٧٧
Innal-ladhīna yashtarūna bi'ahdillāhi wa aymānihim thamanan qalīlan ulā'ika lā khalāqa lahum fil-ākhirati walā yukallimuhumullāhu walā yanzuru ilayhim yawmal-qiyāmati walā yuzakkīhim walahum 'adhābun alīm
Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Təfsir
Allahın onlara Öz kitabında nazil etdiyinə və elçiləri ilə göndərdiyinə tabe olmaq vəsiyyətini, üstəlik, Allaha verdikləri əhdə vəfalı qalacaqlarına dair andlarını kiçik bir dünya malına dəyişdirən kimsələrin axirət savabından heç bir payı yoxdur. Allah Qiyamət günü onları xoş tərzdə danışdırmayacaq, onlara mərhəmət baxışı ilə baxmayacaqdır, onları etdikləri günahlardan və küfürlərdən təmizə çıxarmayacaq. Onlar üçün ağrılı-acılı bir əzab vardır.