بَلَىٰۚ مَنۡ أَوۡفَىٰ بِعَهۡدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ ٧٦
Balā man awfā bi'ahdihī wattaqā fa innallāha yuhibbul-muttaqīn
Xeyr! Kim əhdini yerinə yetirsə və (Allahdan) qorxsa, şübhəsiz ki, Allah müttəqiləri sevər.
Təfsir
Xeyr! Bu heç də sizin idda etdiyiniz kimi deyil. Əksinə, onlar günah qazanır. Lakin kim Allaha və Onun elçisinə iman edərək Allahla olan əhdini yerinə yetirsə, ona verilən əmanəti sahibinə qaytararaq insanlıarla olan əhdinə vəfalı olarsa və Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxarsa, şübhəsiz ki, Allah müttəqiləri sevər və bu görə onlara gözəl mükafat verəcəkdir.