Al-Imran surəsi, ayə 75

3:75

۞ وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ ٧٥

Wamin ahlil-kitābi man in ta'manhu biqintārin yu'addihī ilayka waminhum man in ta'manhu bidīnāril lā yu'addihī ilayka illā mā dumta 'alayhi qā'iman dhālika bi annahum qālū laysa 'alaynā fil-ummiyyina sabīlun wayaqūlūna 'alallāhil-kadhiba wahum ya'lamūn

Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal) əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Ümmilərdən (cahil ərəblərdən) ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

Təfsir

Kitab əhlindən eləsi var ki, onlara çoxlu mal əmanət et­sən, ona əmanət verdiyini sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona az mal ver­sən belə, əmanət verdiyini, başının üstündə durub, israrla tələb etməyincə və ya qazıya şikayət etmədikcə, onu sənə geri qay­tar­maz. Bu, onların: "Ərəblər­ə və həmçinin onların mallarını mənimsəməkdən ötrü bizə günah ol­maz, çünki Allah onların mallarını bizə hallal etmişdir!"– de­dikləri sözə və pis zənnlərinə görə idi. Onlar bu sözü deyirlər və özlərinin, Allaha qarşı iftira yaxdıqlarını yaxşı bilirlər.