فَإِن تَوَلَّوۡاْ فَإِنَّ ٱللَّهَ عَلِيمُۢ بِٱلۡمُفۡسِدِينَ ٦٣
Fa in tawallaw fa innallāha 'alīmu bil-mufsidīn
Əgər onlar üz çevirsələr, şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri tanıyır.
Təfsir
Əgər onlar sənin gətirdiyin şəriətdən üz çevirib, sənə tabe olmasalar, bu onların fitnə-fəsadı səbəbindəndir. Şübhəsiz ki, Allah yer üzündə fitnə-fəsad törədənləri tanıyır və onların etiyi əməllərin əvəzini verəcəkdir.