Al-Imran surəsi, ayə 61

3:61

فَمَنۡ حَآجَّكَ فِيهِ مِنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ فَقُلۡ تَعَالَوۡاْ نَدۡعُ أَبۡنَآءَنَا وَأَبۡنَآءَكُمۡ وَنِسَآءَنَا وَنِسَآءَكُمۡ وَأَنفُسَنَا وَأَنفُسَكُمۡ ثُمَّ نَبۡتَهِلۡ فَنَجۡعَل لَّعۡنَتَ ٱللَّهِ عَلَى ٱلۡكَٰذِبِينَ ٦١

Faman hājjaka fīhi mim ba'di mā jā'aka minal-'ilmi faqul ta'ālaw nad'u abnā'anā wa abnā'akum wanisā'anā wanisā'akum wa anfusanā wa anfusakum thumma nabtahil fanaj'al la'natallāhi 'alal-kādhibīn

Sənə elm gəldikdən sonra kim səninlə (İsa barəsində) mübahisə edərsə, de: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.

Təfsir

Ey Peyğəmbər! Sənə İsa - aleyhissəlam - barəsində səhih elm gəl­dikdən son­­ra, İsanın Allahın qulu olmadığını idda edib, səninlə mücadələ edən Nəcran nəsranilərinə, de: "Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq və bir yerdə yığışaq sonra isə Allah Öz lənətini bizdən və sizdən yalan danışanlara endirməsi üçün Allah dua edib yalvaraq".