Al-Imran surəsi, ayə 200

3:200

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱصۡبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ ٢٠٠

Yā'ayyuhal-ladhīna āmanusbirū wasābirū warābitū wattaqullāha la'allakum tuflihūn

Ey iman gətirənlər! Səbir edin, (düşmən qarşısında) dözümlü olun, daima keşikdə durun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şəri öhdəliklərə və dünyada məruz qaldığınız müsibətlərə səbir edin, səbir etməkdə kafirlərdən daha da üstün olun, onlar sizdən səbirli olmasınlar. Allah yolunda cihadda dözümlü olun. Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə Cəhənnəmdən nicat tapıb, Cənnətə daxil olmaqla istəyinizə nail olasınız!