هَٰذَا بَيَانٞ لِّلنَّاسِ وَهُدٗى وَمَوۡعِظَةٞ لِّلۡمُتَّقِينَ ١٣٨
Hādhā bayānul lin-nāsi wahudan wamaw'izatul lil-muttaqīn
Bu (Quran) insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.
Təfsir
Bu Quran Kərim, bütün insanlar üçün haqqı açıqlayan, batildən çəkindirən, doğru yolu göstərən və müttəqiləri Allahın əzabından qoruyandır. Çünki məhz müttəqilər, Quranda olan doğru yoldan faydalanan kimsələrdir.