قَدۡ خَلَتۡ مِن قَبۡلِكُمۡ سُنَنٞ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ١٣٧
Qad khalat min qablikum sunanun fasīrū fil-ardi fanzurū kayfa kāna 'āqibatul-mukaddhibīn
Sizdən öncə də, (bir çox belə) hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün.
Təfsir
Möminlər Uhud döyüşündə başlarına gələn müsibətlə imtahan edildikdə, Allaha onlara təsəlli olaraq dedi: "Sizdən öncə də, kafirlərin həlak olması və möminləri imtahan etdikdən sonra gözəl sonluğu məhz onlar üçün edərək bir çox belə İlahi hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib, Allah və rəsulunu yalan sayanların aqibətini ibrət alaraq baxın, artıq onların yurdları boş qalmış və mal-dövlətləri də məhv olmuşdur".