قَدۡ كَانَ لَكُمۡ ءَايَةٞ فِي فِئَتَيۡنِ ٱلۡتَقَتَاۖ فِئَةٞ تُقَٰتِلُ فِي سَبِيلِ ٱللَّهِ وَأُخۡرَىٰ كَافِرَةٞ يَرَوۡنَهُم مِّثۡلَيۡهِمۡ رَأۡيَ ٱلۡعَيۡنِۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصۡرِهِۦ مَن يَشَآءُۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّأُوْلِي ٱلۡأَبۡصَٰرِ ١٣
Qad kāna lakum āyatun fī fi ataynil-taqatā fi atun tuqātilu fī sabīlillāhi wa ukhrā kāfiratun yarawnahum mithlayhim ra'yal-'ayni wallāhu yu'ayyidu binasrihī man yashā'u inna fī dhālika la'ibratal li ulil-absār
Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. (Möminlər kafirlərin) sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Təfsir
Bədr günü döyüşmək üçün qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün ibrət və açıq-aydın dəlil var idi. İki dəstədən biri, kafirlərin kəlməsini alçatmaq, Allahin kəlməsin isə hər şeydən uca etmək üçün Allah yolunda vuruşurdu. İkinci dəstə isə fəxr, riyakarlıq və təəssübkeşlik edərək döyüşə gələn Məkkə kafirləri idi. Möminlər kafirlərin sayca həqiqətən onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün ibrət və öyüd-nəsihət vardır.