زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلۡبَنِينَ وَٱلۡقَنَٰطِيرِ ٱلۡمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلۡفِضَّةِ وَٱلۡخَيۡلِ ٱلۡمُسَوَّمَةِ وَٱلۡأَنۡعَٰمِ وَٱلۡحَرۡثِۗ ذَٰلِكَ مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَٱللَّهُ عِندَهُۥ حُسۡنُ ٱلۡمَـَٔابِ ١٤
Zuyyina lin-nāsi hubbush-shahawāti minan-nisā'i wal-banīna wal-qanātīril-muqantarati minadh-dhahabi wal-fiddati wal-khaylil-musawwamati wal-an'āmi wal-harthi dhālika matā'ul-hayawātid-dunyā wallāhu 'indahū husnul-ma'āb
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır.
Təfsir
Uca Allah bu ayədə qadınlar, uşaqlar, qızıl-gümüşdən toplanılan çoxlu mal-dövlət, öyrədilmiş yaxşı cins atlar, dəvə, inək, qoyun və əkin yeri kimi dünyavi şəhvətlərin sevğisi insanlara -onları imtahan etmək üçün- yaxşı göstərdiyini xəbər verir. Bütün bunlar, dünya həyatında az bir müddət həzz alıb sonra yox olan keçici zövqüdür. Mömin kimsəyə isə bunlara bağlanması yaraşmaz Halbuki gözəl qayıdış yeri Allah yanındadır. Bu da genişliyi göylər və yer qədər olan Cənnətdir.