وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ لَكُمۡ وَلِتَطۡمَئِنَّ قُلُوبُكُم بِهِۦۗ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١٢٦
Wamā ja'alahullāhu illā bushrā lakum walitatma'inna qulūbukum bihī waman-nasru illā min 'indillāhil-'azīzil-hakīm
Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır.
Təfsir
Allah mələklər vasirəsi ilə bu köməyi və imdadı sizə sevinc dolu bir xəbər olmaq üçün və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Şübhəsiz ki, zəfər sadəcə bu zahiri səbəblərlə olmur, həqiqi zəfər yalnız heç bir kimsə Onu məğlub edə bilməyən qüdrətli, işlərində və şəriətində müdrik olan Allahdandır.