بَلَىٰٓۚ إِن تَصۡبِرُواْ وَتَتَّقُواْ وَيَأۡتُوكُم مِّن فَوۡرِهِمۡ هَٰذَا يُمۡدِدۡكُمۡ رَبُّكُم بِخَمۡسَةِ ءَالَٰفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ ١٢٥
Balā in tasbirū watattaqū waya'tūkum min fawrihim hādhā yumdidkum rabbukum bikhamsati ālāfim minal-malā'ikati musawwimīn
Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və onlar da elə indi sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər.
Təfsir
Əlbəttə ki, bu sizə kifayət edər. Hələ Allahdan sizə daha başqa bir yardım müjdəsi də vardır. Əgər döyüşdə səbirli olub, Allahdan qorxsanız, düşmənləriniz üstünüzə gəldikləri zaman, Allah sizə dərhal yardım edər. Əgər bu baş verərsə, Rəbbiniz, həm özləri, həm də atları açıq-aydın əlamətlə nişanlanmış beş min mələklə sizə yardım edər.