Al-Imran surəsi, ayə 111

3:111

لَن يَضُرُّوكُمۡ إِلَّآ أَذٗىۖ وَإِن يُقَٰتِلُوكُمۡ يُوَلُّوكُمُ ٱلۡأَدۡبَارَ ثُمَّ لَا يُنصَرُونَ ١١١

Lan yadurrūkum illā adhan wa in yuqātilūkum yuwallūkumul-adbāra thumma lā yunsarūn

Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.

Təfsir

Ey möminlər! Onlar sizə nə qədər düşmənçilik etsələr belə, yalnız dilləri ilə əziyyət vermək müstəsna olmaqla dinə tənə, sizə isə istehza etməkdən başqa dininizə və canınıza heç bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, qabağınızdan məğlub olaraq arxa çevirib qaçarlar. Sonra isə onlara, sizə qarşı kö­mək də edil­məz.