Al-Imran surəsi, ayə 110

3:110

كُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ وَلَوۡ ءَامَنَ أَهۡلُ ٱلۡكِتَٰبِ لَكَانَ خَيۡرٗا لَّهُمۚ مِّنۡهُمُ ٱلۡمُؤۡمِنُونَ وَأَكۡثَرُهُمُ ٱلۡفَٰسِقُونَ ١١٠

Kuntum khayra ummatin ukhrijat lin-nāsi ta'murūna bil-ma'rūfi watanhawna 'anil-munkari watu'minūna billāhi walaw āmana ahlul-kitābi lakāna khayral lahum minhumul-mu'minūna wa aktharuhumul-fāsiqūn

Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu azmış) fasiqlərdir.

Təfsir

Ey Muhəmməd - sallallahu aleyhi və səlləm - ümməti! Siz Allahın insanlar arasında üzə çıxardığı həm imanınızda və əməlinizdə həm də ki, insanlar üçün ən faydalı insanlar olmağınız üçün ən xeyirli ümmətsiniz. Siz şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı işlər görməyi əmr edir və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edir və bunu öz əməlinizlə təsdiq edərək, Allaha yəqin iman gətirirsiniz. Əgər Kitab əhlindən olan yəhudi və nəsranilər Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirsəydilər, bu onlar üçün dünya və axirətdə əlbəttə ki, daha yaxşı olardı. Kitab əhli arasında iman gətirən az bir qisim olsada, onların əksəriyyəti isə Allahın dinindən və şəriətindən çıxmış insanlardır.