Al-Imran surəsi, ayə 104

3:104

وَلۡتَكُن مِّنكُمۡ أُمَّةٞ يَدۡعُونَ إِلَى ٱلۡخَيۡرِ وَيَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٠٤

Waltakum minkum ummatun yad'ūna ilal-khayri waya'murūna bil-ma'rūfi wayanhawna 'anil-munkari wa ulā'ika humul-muflihūn

Qoy içinizdən xeyrə çağıran, yaxşı işləri əmr edib, pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır.

Təfsir

Ey Möminlər! Qoy sizdən Allahın sevdiyi bütün xeyirli əməllərə ça­ğıran, şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı əməllər etməyi bu­yuran və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edən bir camaat olsun. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə tam qurtuluşa nail olan kimsələrdir.