وَٱعۡتَصِمُواْ بِحَبۡلِ ٱللَّهِ جَمِيعٗا وَلَا تَفَرَّقُواْۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ كُنتُمۡ أَعۡدَآءٗ فَأَلَّفَ بَيۡنَ قُلُوبِكُمۡ فَأَصۡبَحۡتُم بِنِعۡمَتِهِۦٓ إِخۡوَٰنٗا وَكُنتُمۡ عَلَىٰ شَفَا حُفۡرَةٖ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنۡهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَهۡتَدُونَ ١٠٣
Wa'tasimū bihablillāhi jamī'an walā tafarraqū wadhkurū ni'matallāhi 'alaykum idh kuntum a'dā'an fa allafa bayna qulūbikum fa asbahtum bini'matihī ikhwānan wakuntum 'alā shafā hufratim minan-nāri fa anqadhakum minhā kadhālika yubayyinullāhu lakum āyātihī la'allakum tahtadūn
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz.
Təfsir
Ey Möminlər! Kitab və sünnədən möhkəm yapışın və sizi parçalayan işlər ardınca getməyin! Allahın sizə bəxş etdiyi nemətlərini xatırlayın ki, siz İslamdan qabaq hər hansı kiçik bir səbəb üzündən bir-birinizlə döyüşürdünüz. O, sizin qəlbinizi düzəltdi, İslam dini ilə bir-birinə birləşdirdi və bu dinin lütfü sayəsində sizi bir-birinizlə dində bir-birinə rəhim və nəsihət edən qardaşlar etdi. Halbuki, bundan əvvəl siz etdiyiniz küfrlərə görə Cəhənnəmə daxil olmağınıza az qalmış ikən Allah sizi ondan İslama və imana yönəltməklə xilas etdi. Allah bunu sizə bəyan etdiyi kimi, sizə dünya və axirətdə fayda verən şeyləridə beləcə bəyan edir ki, bəlkə doğru yola yönəlib və bu yoldan möhkəm yapışasınız.