Al-Hujurat surəsi, ayə 6

49:6

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمۡ فَاسِقُۢ بِنَبَإٖ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوۡمَۢا بِجَهَٰلَةٖ فَتُصۡبِحُواْ عَلَىٰ مَا فَعَلۡتُمۡ نَٰدِمِينَ ٦

Yā'ayyuhal-ladhīna āmanū in jā'akum fāsiqu binaba'in fatabayyanū an tusībū qawmā bijahālatin fatusbihū 'alā mā fa'altum nādimīn

Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Əgər bir fasiq sizə bir qövmdən xəbər gə­tirsə, o xəbərin doğruluğunu araş­dırın və onun doğru olduğunu təsdiqləməyə tələsməyin. Yoxsa, eşitdiyiniz xəbəri dəqiqləşdirmədən, barəsində həqiqəti bil­mədiyiniz halda bir qövmə pislik edər və onlara etdiyiniz bu pislikdən sonra xəbərin yalan olduğu sizə bəlli olduqda, tutduğunuz işin peş­man­çılığını çə­kər­si­niz.