Al-Hujurat surəsi, ayə 7

49:7

وَٱعۡلَمُوٓاْ أَنَّ فِيكُمۡ رَسُولَ ٱللَّهِۚ لَوۡ يُطِيعُكُمۡ فِي كَثِيرٖ مِّنَ ٱلۡأَمۡرِ لَعَنِتُّمۡ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيۡكُمُ ٱلۡإِيمَٰنَ وَزَيَّنَهُۥ فِي قُلُوبِكُمۡ وَكَرَّهَ إِلَيۡكُمُ ٱلۡكُفۡرَ وَٱلۡفُسُوقَ وَٱلۡعِصۡيَانَۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ ٧

Wa'lamū anna fīkum rasūlallāhi law yutī'ukum fī kathīrim minal-amri la'anittum walākinnallāha habbaba ilaykumul-īmāna wazayyanahū fī qulūbikum wakarraha ilaykumul-kufra wal-fusūqa wal-'isyāna ulā'ika humur-rāshidūn

Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə itaət etsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlblərinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır.

Təfsir

Ey möminlər! Bilin ki, Allahın rəsulu aranızdadır və ona vəhy nazil olur. Əgər yalan danışsanız, ona vəhy nazil olacaq və sizin yalan danışdığınızı ona xəbər verəcək. Odur ki, sizin məsləhətiniz üçün olan işləri o daha yaxşı bilir. Əgər o, sizin təklif etdiyiniz bir çox işlər­də si­zə uysaydı, sizin üçün arzulamadığı əziyyətə düşərdiniz. Lakin Allah Öz lütfü ilə si­zə imanı sevdirmiş, onu qəl­bi­nizə gö­zəl göstərmiş, beləliklə də, siz iman gətirmişsiniz, üstəlik, sizdə küf­rə,Onun itaətindən çıxmağa və Ona asilik etməyə qarşı nifrət oyatmışdır. Məhz bu xislətləri özündə əks etdirən kimsələr doğ­ru-düzgün yolda olanlardır.