وَلَوۡ أَنَّهُمۡ صَبَرُواْ حَتَّىٰ تَخۡرُجَ إِلَيۡهِمۡ لَكَانَ خَيۡرٗا لَّهُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٥
Walaw annahum sabarū hattā takhruja ilayhim lakāna khayral lahum wallāhu ghafūrur rahīm
Əgər sən onların qarşılarına çıxanadək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olardı. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey Peyğəmbər! Əgər səni zövcələrinin hücrələri arxasından səsləyən kimsələr, sən onların qarşılarına çıxanadək səbir edib səni səsləməsəydilər və (sən bayıra çıxdıqda) səninlə asta səslə danışsaydılar, əlbəttə, bu, onlar üçün səni hücrə arxasından səsləməkdən daha xeyirli olardı. Çünki bu, ona ehtiram göstərmə və onu uca tutmaqdır. Allah həm onlardan, həm də qeyrilərindən tövbə edən kimsələri bağışlayır, onların cahilliyini əfv edir və onlara rəhm edir.