قُلۡ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمۡ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٦
Qul atu'allimūnallāha bidīnikum wallāhu ya'lamu mā fis-samāwāti wamā fil-ardi wallāhu bikulli shay'in 'alīm
(Ey Peyğəmbər! Bu bədəvilərə belə) de: “Siz dininizi Allahamı öyrədirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir.
Təfsir
Ey Peyğəmbər! O bədəvilərə de: “Siz dininizi Allaha öyrədir və dindar olduğunuzu Ona bildirirsiniz?!” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi biləndir. Ona Heç bir şey gizli qalmaz. Sizin dindar olduğunuzu Ona göstərməyinizə də ehtiyacı yoxdur.