يَمُنُّونَ عَلَيۡكَ أَنۡ أَسۡلَمُواْۖ قُل لَّا تَمُنُّواْ عَلَيَّ إِسۡلَٰمَكُمۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيۡكُمۡ أَنۡ هَدَىٰكُمۡ لِلۡإِيمَٰنِ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٧
Yamunnūna 'alayka an aslamū qul lā tamunnū 'alayya islāmakum balillāhu yamunnu 'alaykum an hadākum lil-īmāni in kuntum sādiqīn
(Ey Peyğəmbər!) Onlar (Bədəvilər) İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər doğru danışırsınızsa, (bilin ki,) əslində Allah sizi imana gətirməklə sizə minnət qoyur!”
Təfsir
Ey Peyğəmbər! O bədəvilər İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. Onlara de: “Allahın dinini qəbul etdiyinizə görə mənə minnət qoymayın! Əgər bunun faydası varsa da, bu, yalnız sizin özünüzədir. Əgər sizin mömin olduğunuz barədə iddianız doğrudursa, bilin ki, əksinə, Allah sizi imana müvəffəq etməklə sizə minnət qoyur!”