Al-Hujurat surəsi, ayə 15

49:15

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ١٥

Innamal-mu'minūnal-ladhīna āmanū billāhi warasūlihī thumma lam yartābū wajāhadū bi amwālihim wa anfusihim fī sabīlillāhi ulā'ika humus-sādiqūn

Möminlər ancaq Allaha və Onun rəsuluna iman gətirən, sonra şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır.

Təfsir

Möminlər yalnız Allaha və Onun rəsuluna iman gətirən, son­ra imanlarına heç bir şəkk-şübhə qarışmayan, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­ və bunlardan heç biri xüsusunda xəsislik etməyən kimsələrdir! Bu xislətləri özlərində əks etdirənlər - məhz onlar imanlarında sadiq qalan kimsələrdir.