وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٨١
Wa ātaynāhum āyātinā fakānū 'anhā mu'ridīn
Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər.
Təfsir
Biz onlara Salehin həqiqətən də Allah tərəfindən göndərilən bir elçi olduğuna dəlalət edən ayələr və dəlillər verdik. Bunlardan biridə göndərdiyimiz dişi dəvə idi, lakin onlar bu ayələr və dəlillərdən düşünüb öyüd-nəsihət almadılar və bunlar barədə heç düşünmədilər.