Al-Hijr surəsi, ayə 82

15:82

وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ٨٢

Wakānū yanhitūna minal-jibāli buyūtan āminīn

Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular.

Təfsir

Onlar qorxduqları şeydən əmin-amanlıqda yaşamaları üçün dağları yarıb orada özlərinə evlər düzəldirdilər.