ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ ٣٠
Dhālika waman yu'azzim hurumātillāhi fahuwa khayrul lahū 'inda rabbihī wa uhillat lakumul-an'āmu illā mā yutlā 'alaykum fajtanibur-rijsa minal-awthāni wajtanibū qawlaz-zūr
Bu belədir, hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;
Təfsir
Sizə əmr edilənlər - başınızı qırxmaq, dırnaqlarınızı kəsmək, bədəninizi kirdən təmizləmək, özünüzə vacib etdiyiniz ibadətləri yerinə yetirmək və nəhayət Kəbə evini tavaf etmək - Uca Allahın sizə fərz buyurdugu hökmlərdir. Elə isə Allahın hökmlərinə hörmət və sayğı ilə yanaşın! Hər kim ihram libasında ikən Allahın haram buyurduqlarına hörmət etdərək, Allahın qadağan etdiyi əməllərdən özünü qoruyub, saxlayarsa bu, Rəbbi yanında dünya və axirətdə onun üçün daha xeyirli olar. Ey İnsanlar! sizə, dəvə, inək və qoyun heyvanları halal edilmişdir. Uca Allah bu heyvanlardan sizə Hamidən (Bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir), Bəhirədən (Bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), Vəsiləndən (Bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və Quranda sizə oxunan leş və qandan başqa heç bir şey haram etməmişdir. Elə isə iyrənc və çirkin bütlərdən uzaq durun. Uca Allah adından və yaratdıqları adından yalan söyləməkdən və hər bir batil sözdən çəkinin.