Al-Hajj surəsi, ayə 31

22:31

حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ ٣١

Hunafā'a lillāhi ghayra mushrikīna bihī waman yushrik billāhi faka'annamā kharra minas-samā'i fatakhtafuhut-tayru aw tahwī bihir-rīhu fī makānin sahīq

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Allaha şərik qoşan kimsə, göydən düşüb, quşların da onu alıb apardığı, yaxud küləyin onu sovurub uzaq bir yerə atdığı şeyə bənzər.

Təfsir

Uca Allahın razı olduğu tək İslam dinindən başqa bütün dinlərdən uzaq duraraq, üzünüzü yalnız İslama çevirin. İbadətdə Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşan kimsə, sanki göydən yerə düşən, ətini və sümüyünü quşların qamarlayıb apardığı ya­xud küləyin sovurub uzaq bir yerə atdığı kimsəyə bənzər.