وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١١
Waminan-nāsi man ya'budullāha 'alā harfin fa in asābahū khayrunitma'anna bihī wa in asābathu fitnatuninqalaba 'alā wajhihī khasirad-dunyā wal-ākhirata dhālika huwal-khusrānul-mubīn
İnsanlardan eləsi də var ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir müsibət gəlsə, üz döndərib (küfrə) qayıdar. O (kimsə) dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur.
Təfsir
İnsanlardan səksəkə içində olub, Uca Allaha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz döndərib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Gerçək zərər də elə budur.