يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ ١٢
Yad'ū min dūnillāhi mā lā yadurruhū wamā lā yanfa'uhū dhālika huwad-dalālul-ba'īd
O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə dua edir. Dərin azğınlıq da elə budur.
Təfsir
O, Allahı tərk edərək, asi olduqda özünə nə zərər verə bilməyən, nə də ki, ona itaət etdikdə özünə bir xeyir verə bilməyən bütlərə yalvarıb-yaxarar. Bütlərə edilən dualar nə fayda verər, nə də ki, bir zərər. Haqqdan açıq-aydın azmaq da elə budur!