هُوَ ٱلَّذِي يُنَزِّلُ عَلَىٰ عَبۡدِهِۦٓ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لِّيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَإِنَّ ٱللَّهَ بِكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ٩
Huwal-ladhī yunazzilu 'alā 'abdihī āyāti bayyinātil liyukhrijakum minaz-zulumāti ilan-nūri wa innallāha bikum lara'ūfur rahīm
Sizi zülmətlərdən nura çıxartmaq üçün quluna (Muhammədə) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəfqətlidir, rəhmlidir.
Təfsir
Sizi küfr və cəhalət zülmətlərindən iman və elm nuruna çıxartmaq üçün, Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə doğru yol göstərən və sizi müşjdələyən Peyğəmbərini göndərməklə sizə qarşı çox şəfqətlidir, rəhmlidir.