Al-Furqan surəsi, ayə 8

25:8

أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٨

Aw yulqā ilayhi kanzun aw takūnu lahū jannatun ya'kulu minhā waqālaz-zālimūna in tattabi'ūna illā rajulam mashūrā

Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər.

Təfsir

"Yaxud ona göydən bir xəzinə nazil edilməli və ya meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğ-bağça verilməli deyildimi?! Əgər belə olsaydı, bu zaman onun ruzi əldə etməsi üçün bazarlarda gəzib dolanmasına heç bir ehtiyacı qalmazdı". Zalımlar, möminlərə dedilər: "Ey Möminlər! Siz sehr­ səbəbindən ağlını itirmiş bir adamın ar­dınca gedirsiniz."