وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا ٢٧
Wayawma ya'adduz-zālimu 'alā yadayhi yaqūlu yālaytanit-takhadhtu ma'ar-rasūli sabīlā
O gün zalım kimsə barmaqlarını dişləyərək deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!
Təfsir
Ey Peyğəmbər! O gün zalım kimsənin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olmaması səbəbi ilə böyük peşmançılıqlarından dolayı iki əllərini çeynəyərək: "Kaş, mən Rəbbim tərəfindən göndərilən Peyğəmbərə tabe olub, onunla bərabər qurtuluşa doğru bir yol tutsaydım" - deyəcəyini xatırla!