يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا ٢٨
Yāwaylatā laytanī lam attakhidh fulānan khalīlā
Vay halıma! Kaş ki mən, filankəsi özümə dost tutmayaydım!
Təfsir
O gün o, şiddətli təəssüf və kədər hissi keçirdiyi üçün öz nəfsinə bəd dua edərək belə deyəcəkdir: "Vay halıma! Yazıqlar olsun mənə! Kaş, mən filan kafiri özümə dost seçməyəydim!"