إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٢٦
Idh ja'alal-ladhīna kafarū fī qulūbihimul-hamiyyata hamiyyatal-jāhiliyyati fa anzalallāhu sakīnatahū 'alā rasūlihī wa'alal-mu'minīna wa alzamahum kalimatat-taqwā wakānū ahaqqa bihā wa ahlahā wakānallāhu bikulli shay'in 'alīmā
Kafirlər qəlblərində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz rəsuluna və möminlərə sükunət nazil etdi və onlara təqva (Lə iləhə illallah, Muhammədun rəsulullah) sözünü vacib buyurdu. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir.
Təfsir
Allaha və Onun rəsuluna küfr edən kimsələr qəlblərində, haqq ilə heç bir əlaqəsi olmayan, əksinə, nəfslərinin istəyinə bağlı olan təkəbbürlüyə – cahillik təkəbbürlüyünə qapıldığı zaman, Hudeybiyyə ilində Rəsulullahın (səllallahu aleyhi və səlləm) Məkkəyə daxil olmağına razılıq vermədilər ki, (ərəblər) onlara Peyğəmbrin onlara qalib gəldiyini irad tutmasınlar. O zaman Allah Öz tərəfindən Öz rəsuluna və möminlərə arxayınlıq nazil etdi, müşriklərin qəzəbləndiyi kimi, onların da qəzəblənməsinə imkan vermədi və möminlərə haqq sözü - "lə ilahə illəllah" kəlməsini və onun haqlarını ödəməyi vacib buyurdu, onlar da onu yerinə yetirdilər. Hamıdan çox möminlərin bu kəlməyə daha çox haqqı var idi və onlar ona layiq idilər. Çünki Allah onları qəlbində olan xeyiri bilirdi. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.