وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةٗ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةٗ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ٢٠
Wa'adakumullāhu maghānima kathīratan ta'khudhūnahā fa'ajjala lakum hādhihī wakaffa aydiyan-nāsi 'ankum walitakūna āyatal lil-mu'minīna wayahdiyakum sirātam mustaqīmā
(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi.
Təfsir
Ey möminlər! Allah sizə gələcəkdə olacaq İslam fəthlərində götürəcəyiniz çoxlu qənimətlər vəd etdi. Xeybərin qənimətlərini isə sizə tezliklə verdi və siz getdikdən sonra sizin ailələrinizə pislik etmək fikrində olan yəhudilərin əllərini sizdən çəkdi ki, nail olduğunuz bu qənimətlər szin üçün Allahın sizə kömək etməsinə və sizə dəstək verməsinə işarə olsun və Allah sizi əyriliyi olmayan doğru yola yönəltsin.