وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ٢١
Wa ukhrā lam taqdirū 'alayhā qad ahātallāhu bihā wakānallāhu 'alā kulli shay'in qadīrā
Əldə edə bilmədiyiniz başqa qənimətlər də (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.
Təfsir
Hal-hazırda ələ keçirə bilmədiyiniz başqa qənimətləri də Allah sizə vəd vermişdir. Təkcə Allahın buna qüdrəti çatar. Bütün bunlar Onun elmi və iradəsi ilə həyata keçir. Allah hər şeyə qadirdir, heç bir şey Onun aciz edə bilməz.