Al-Fath surəsi, ayə 19

48:19

وَمَغَانِمَ كَثِيرَةٗ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا ١٩

Wamaghānima kathīratan ya'khudhūnahā wakānallāhu 'azīzan hakīmā

(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir.

Təfsir

Üstəlik, onlara Xeybər əhlindən alacaqları çoxlu qənimətlər bəxş etdi. Allah qüdrətlidir, heç kimsənin Ona gücü yetməz. O, yaratmaq, qədəri yazmaq və işləri yoluna qoymaq xüsusunda hikmət sahibidir.