لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمٗا ١٧
Llaysa 'alal-a'mā harajun walā 'alal-a'raji harajun walā 'alal-marīdi harajun waman yuti'illāha warasūlahū yudkhilhu jannātin tajrī min tahtihal-anhāru waman yatawalla yu'addhibhu 'adhāban alīmā
(Döyüşə getməməkdə) kora, çolağa və xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.
Təfsir
Allah yolunda döyüşə getməməkdə üzürlü səbəbi olan kora, çolağa, bir də xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, Allah onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Kim də Allaha və Onun rəsuluna itaət etməkdən üz döndərsə, Allah ona ağrılı-acılı bir əzab verər.