قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا ١٦
Qul lil-mukhallafīna minal-a'rābi satud'awna ilā qawmin ulī ba sin shadīdin tuqātilūnahum aw yuslimūna fa in tutī'ū yu'tikumullāhu ajran hasanan wa in tatawallaw kamā tawallaytum min qablu yu'addhibkum 'adhāban alīmā
(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.
Təfsir
Ey Peyğəmbər! Səninlə birlikdə Məkkəyə getməkdən yayınan, beləliklə də, sınağa çəkilən bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı döyüşməyə çağırılacaqsınız. Siz ya Allah yolunda onlarla vuruşacaq, ya da onlar vuruşmadan İslamı qəbul edəcəklər. Əgər siz Allaha itaət edib Onun sizə buyurduğu döyüşü qəbul etsəniz, Allah sizə gözəl bir mükafat - Cənnət bəxş edər. Yox, əgər daha öncə Peyğəmbərlə birlikdə Məkkəyə getməkdən üz çevirdiyiniz kimi Allaha itaət etməkdən üz çevirsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.