Al-Fajr surəsi, ayə 6

89:6

أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦

Alam tara kayfa fa'ala rabbuka bi'ād

(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!

Təfsir

Ey Peyğəmbər! Hud peyğəmbərin qövmü Ad tayfası öz peyğəmbərini yalançı saydığı zaman Rəbbinin onlara nələr etdiyini görmədinmi?!