Al-Fajr surəsi, ayə 23

89:23

وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٖ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ٢٣

Wajiy'a yawma'idhi bijahannama yawma'idhin yatadhakkarul-insānu wa annā lahudh-dhikrā

və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?

Təfsir

O gün Cəhənnəm gətiriləcək. Onun yetmiş min tutacağı olacaq və hər tutacaqdan yetmiş min mələk çəkib gətirəcək. O gün insan Allah üçün etmədiyi əməlləri xatırlayacaq, lakin bu xatırlamanın həmin gün ona nə faydası. Axı o gün, əməl etmək günü yox, əməllərin cəzasını almaq günüdür.