فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ١٥
Fa ammal-insānu idhā mabtalāhu rabbuhū fa akramahū wana''amahū fayaqūlu rabbī akraman
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
Təfsir
İnsana gəlincə, onun xasiyyətidir ki, Rəbbi onu imtahana çəkib ona ehtiram göstərdikdə və ona mal-dövlət, övlad və yüksək məqam bəxş etdikdə, özünün Allah yanında hörməti olduğunu zənn edib deyər: "Mən Rəbbimin ehtiramına layiq olduğum üçün O mənə ehtiram göstərdi".