إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ١٠
Innal-ladhīna fatanul-mu'minīna wal-mu'mināti thumma lam yatūbū falahum 'adhābu jahannama walahum 'adhābul-harīq
Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.
Təfsir
O kəslər ki, mömin kişiləri və mömin qadınları Tək Allaha iman gətirməkdən döndərmək üçün onlara əzab vermiş, sonra öz günahlarına görə tövbə etməmişlər, qiyamət günü onları Cəhənnəm əzabı və yandırıb-yaxan atəşin əzabı gözləyir. Bu, onların möminləri odla yandırmalarının cəzasıdır.