Al-Baqarah surəsi, ayə 90

2:90

بِئۡسَمَا ٱشۡتَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡ أَن يَكۡفُرُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغۡيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضۡلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ ٩٠

Bi samashtaraw bihī anfusahum an yakfurū bimā anzalallāhu baghyan an yunazzilallāhu min fadlihī 'alā man yashā'u min 'ibādihī fabā'ū bighadabin 'alā ghadabin walil-kāfirīna 'adhābum muhīn

Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd apararaq Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Beləcə, onlar qəzəb üstündən qəzəbə uğradılar. Kafirlər üçün alçaldıcı bir əzab vardır.

Təfsir

Allaha və Onun rəsullarına iman etməkdən nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) peyğımbərlik verilməsinə və Quran göndərilməsinə görə ona həsəd apararaq öz nəfislərinə zülüm edib, Allahın nazil etdiyinə küfür və Onun rəsullarını isə təkzib etdilər. Beləliklə də onlar, həm Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) küfür etdiklərinə görə həmdə ki, bundan əvvəl Tövratı təhrif etdiklərinə görə Uca Allahın şiddətli qəzəbinə düçar oldular. Kafirlərə, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə küfür etdikləri üçün qiyamət günü alçaldıcı bir əzab vardır.