وَلَمَّا جَآءَهُمۡ كِتَٰبٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ وَكَانُواْ مِن قَبۡلُ يَسۡتَفۡتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُواْ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِۦۚ فَلَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلۡكَٰفِرِينَ ٨٩
Walammā jā'ahum kitābum min 'indillāhi musaddiqul limā ma'ahum wakānū min qablu yastaftihūna 'alal-ladhīna kafarū falammā jā'ahum mā 'arafū kafarū bihī fala'natullāhi 'alal-kāfirīn
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allahın lənəti olsun kafirlərə!
Təfsir
Onlara Allah tərəfindən Tövrat və İncildəki səhih ümumi üsullara müvafiq olan Qurani-Kərim göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki Qurani-Kərim nazil edilməzdən əvvəl: "Peyğəmbər göndərildiyi zaman biz ona iman edib tabe olacaq və müşriklərə qələbə çalacağıq" -deyirdilər. Elə ki, Quran və Muhəmməd (sallallahu aleyhi və səlləm) onların tanıdığı sifətdə və haqda onların bildiyi kimi gəldikdə ona küfür etdilər. Allahın lənəti Allah və Onun rasuluna küfür edənlərə olsun!.