Al-Baqarah surəsi, ayə 91

2:91

وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ نُؤۡمِنُ بِمَآ أُنزِلَ عَلَيۡنَا وَيَكۡفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا مَعَهُمۡۗ قُلۡ فَلِمَ تَقۡتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبۡلُ إِن كُنتُم مُّؤۡمِنِينَ ٩١

Wa idhā qīla lahum āminū bimā anzalallāhu qālū nu'minu bimā unzila 'alaynā wayakfurūna bimā warā'ahū wahuwal-haqqu musaddiqal limā ma'ahum qul falima taqtulūna ambiyā'allāhi min qablu in kuntum mu'minīn

Onlara: “Allahın nazil etdiyinə iman gətirin!”– deyildikdə, onlar: “Biz (sadəcə) özümüzə nazil edilənə inanırıq!”– deyib, ondan başqasını inkar edirlər. Halbuki bu (Quran) onların özlərində olanı təsdiqləyən haqdır. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

Təfsir

Yahudilərə: "Allah, rəsuluna nazil etdiyi haqqa və dogru yola iman edin!" –deyildikdə, onlar: "Biz öz peyğəmbərlərimizə nazil edilənə iman etmişik" – deyib onun ardınca gələni yəni, Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) nazill olanı isə inkar edirlər. Halbuki bu Quran, onların yanında Allahdan olana Tövrata müvafiq olan bir həqiqətdir. Əgər onlar, onlara nazil edilənə həqiqətən də iman etmiş olsaydılar bu zaman onlar Qurana iman edərdilər. Ey Peyğəmbər, onlara cavab olaraq de: "Əgər siz, sizə gələn haqqa həqiqətən də iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçillərini öldürürdünüz?".